Menu

ABŞ Qara dənizə desant gəmisi göndərib - «Kollektiv qərarlılığımızı təsdiq edir...»

07.01.2019, 00:12
ABŞ Qara dənizə desant gəmisi göndərib - «Kollektiv qərarlılığımızı təsdiq edir...»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələrinə (HDQ) məxsus «USS Fort McHenry» desant gəmisi Dardanel boğazından keçməklə,  Qara dənizə daxil olub.

ABŞ Altıncı donanması mətbuat xidməti xəbər verib ki, gəmi Neapoldakı bazadan çıxaraq, 22-ci dəniz ekspedisiya qrupunun tərkibində şimal istiqamətində hərəkət edir.

Altıncı donanmanın komandanı vitse-admiral Liza Franketti bəyan edib ki,  gəminin göndərilməsi bölgədə təhlükəsizliyin təmin olunması məsələsində ABŞ-ın qərarlı olduğunu nümayiş etdirir.

«Gəminin göndərilməsi Qara dənizdə təhlükəsizliyin təminatı məsələsində bizim kollektiv qərarlılığımızı təsdiq edir və bizim NATO üzrə müttəfiqlərimiz və bölgədəki həmkarlarımız arasında sıx münasibətlərin göstəricisidir» - xəbərdə belə deyilir.

Kerç boğazında Ukrayna gəmilərinin Rusiya tərəfindən saxlanmasından sonra, ABŞ Qara dənizdə öz iştirakının artırılması barədə ciddi düşünür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol