Menu

Somalidə 6 terrorçu məhv edilib

08.01.2019, 00:45
Somalidə 6 terrorçu məhv edilib

Somalidə ABŞ-ın endirdiyi hava zərbəsi nəticəsində "Əş-Şabab" terror qruplaşmasının 6 yaraqlısı məhv edilib.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə Amerika Silahlı Qüvvələrinin Afrika komandanlığı məlumat yayıb.

Zərbə bazar günü ölkənin cənub-şərqində yerləşən Aşağı Şabelle əyalətinə endirilib. Bundan əlavə, bir avtomobil məhv edilib.

Daha əvvəl Somalidə ABŞ hərbçilərinin hava zərbəsi nəticəsində 60-dək terrorçu məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol