Menu

Avropa Şurasının komissarı nazir müavinilə danışıb - Mehman Hüseynovun işilə bağlı

08.01.2019, 14:01
Avropa Şurasının komissarı nazir müavinilə danışıb - Mehman Hüseynovun işilə bağlı

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç dünən Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə telefon söhbətində Mehman Hüseynovun -həbsxanada ona qarşı yeni ittihamlar irəli sürüldüyünə etiraz olaraq aclıq edən blogerin- işilə bağlı danışıb.

"Mən nazir müavininə dedim ki, hakimiyyət dekabrın 26-da Mehman Hüseynova qarşı irəli sürülmüş ittihamları onun üzərindən götürməlidir. Qeyd etdim ki, Mehman Hüseynova lazımi tibbi yardım göstərməlidir, onun vəziyyəti olduqca narahatlıq doğurur. Bu səbəbdən onun mülki xəstəxanaya köçürülməsi lazımdır ki, zəruri tibbi yardımı ala bilsin. Ümid edirəm ki, Azərbaycan hakimiyyəti insan hüquqları sahəsində öz öhdəliklərinə əməl edəcək. Mən Mehman Hüseynovun işində irəliləyişin olmasını və hakimiyyət və vətəndaş cəmiyyəti ilə konstruktiv dialoqun davam etdirilməsi üçün yaxın aylarda Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm", - komissarın Avropa Şurasının saytındakı bəyanatında deyilir. (Turan İA)

Şərhlər

Bashirov Qarib 2019-01-08 14:01:04

Cənab komissar xanım,axı bu müavin nə yiyəsidir ki,nə də edə bilsin.

adil 2019-01-08 14:01:04

DAXILI IŞLER orqanlari ve Proqurorluq UŞAQBAZ memurlara qarşı herekete keçmelidir. CERİME etse yaxşı olar pul onlardadi. her birisi 60 min manat cerimelenmeli ve dağliq qarabağda itkin düşmüş azyaşlı qiz uşaqlarının ailesine verilmelidir

Qoca 2019-01-08 14:01:04

talançılardan qeyri insani bir olaydır bu Mehmana millətimizə,gənclərimizə qarşı. Kin nifrətdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol