Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addım kimi, bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması təmin ediləcək.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, “Əmək pensiyaları haqqında” qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur: "İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yanvar ayı ərzində təqdim olunacaq rəsmi məlumatda 2018-ci il üzrə ölkədə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsas götürülməklə həyata keçiriləcək. Pensiyaların 2019-cu ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.
İlkin məlumata əsasən, bu ilin yanvar ayının 1-nə ölkədə pensiyaçıların sayı 1,3 milyon təşkil edir ki, indeksləşdirmə əsasında pensiyalarda artım onlardan, təxminən, 94 faizinə şamil olunacaq.
Qalan pensiyaçılara isə “Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsindəki qruplar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s. aiddir ki, onların pensiyalarının artımı qanunvericilikdə nəzərdə tutulan başqa mexanizm əsasında həyata keçirilir.
“Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq, bu ay ərzində pensiyalarla birgə, sığortaolunanların fərdi hesablarındakı pensiya kapitallarının da ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılması gözlənilir".


Şərhlər
Deputatları heç yaddan çıxarmayın,daim pulsuzluqdan şikayet edən yetimlər həm MM-dən pul alsınlar həm də əməkhaqının 85%-i qədər pensiyanı.Nəzərə alsaq ki,MM 98% qocalardan ibaretdir,vay qəpik-quruşa dolanan millətin halına.Onları dolandıran xalqa 4-5 manat artım,onlara isə 100-lərlə,minlərlə man.artım.Bax ədalətsizlik buna deyirlər.
Bu yazının mahiyyəti aydın deyil.Bəs bu dəfəki artım nə qədər olacağı bəlli olmadı.Bu nazirlik sosial rifah sözünü başa düşürmü?
Digər mənbələrdən bəlli olur ki,artım haradasa 2.7% olacaq ki, bu da əsas pensiyacıyaçıların(80-85%)aylıq 150-230 manat pensiya aldığını nəzərə alsaq 5-7 manat təşkil edir.Yanvarın 1-dən unun qiymətinin 10 %, ətin qiymətinin 20-25%,digər ərzaqların 15-20% artdığını götürsək pensiyanın 2.7 % artması hansı məntiqlə sosial vəziyyətin yaxşılaşdırılması sayılır?Bunu düşünən baş varmı?
Pensiyaçıları qruplara bölmək,bəzi şəxslərə artıq məbləğdə pensiya təyin etmək kökündən yanlışdır və qəbuledilməzdir.Çünki hazırki pensiyaçıların hamısı dövlətdə çalışıb,dıvlətə işləyib.Bu ayrıseçkilik quldarlıq dövrünə aiddir.Necə olur,Ali təhsilli,mütəxəssis uzun illər öz əməyini,biliyini sərf edib 180-230 manat pensiya alır,adi hətta tam orta təhsili olmayan polisə 500-700 bundan da yüksək pensiya təyin edilir.Onun kimi püşvətxor,korrupsioner məmurlar zəhmətkeşdən artıq pensiya niyə almalıdırlar?
BU NAQILLARI SALIM MUSLUMOVDA COX DANIWIRDI,....BAWINDADI,ELMI IWLE MEWQULDU...ALIMLIK EDIR,LUKAWENKO CANI