Menu

Makron və Merkel 1963-cü ildə bağlanmış müqaviləni yeniləməyə hazirlaşırlar

10.01.2019, 10:09
Makron və Merkel 1963-cü ildə bağlanmış müqaviləni yeniləməyə hazirlaşırlar

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Angeda Merkel yanvarın 22-də Almaniyaya məxsus Axen məntəqəsinin meriyasında inteqrasiya və əməkdaşlıq üzrə yeni müqavilə imzalayacaqlar.

Xəbəri Yelisey sarayının mətbuat xidməti yayıb.

Yeni müqavilənin əsasında 1963-cü il yanvarın 22-də bağlanmış müqavilə dayanacaq. O zaman Şarl de Qoll və Konrad Adenauer tərəfindən imzalanmış həmin müqavilə İkinci dünya müharibəsindən sonra Fransa və Almaniyanın barışdığını rəsmiləşdirir. Onun şərtlərinə görə, ölkələr təhlükəsizlik və xarici siyasətin əsas məsələləri, həm də mədəni və gənclər siyasəti üzrə məsləhətləşmələr aparmalı idilər.

Xəbərdə deyilir ki, yeni müqavilə ölkələrin daha da yaxınlaşmasını sürətləndirməyi və 21-ci əsrdə ölkələrin qarşılaşdığı problemlərə qarşı birgə hazırlaşmağı nəzərdə tutur.

Bildirilir ki, yeni saziş xarici siyasət, iqtisadiyyat, təhlükəsizlik, mədəniyyət, elmi təlqiqatlar, iqlim və digər vacib istiqamətlər üzrə franko-almaniya əlaqələrini möhkəmləndirəcək. Bundan başqa, sərhədyanı bölgələr və mülki cəmiyyətlər arasında əməkdaşlıq inkişaf edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol