Menu

Rusiyada illik inflyasiya 2 dəfə artıb

10.01.2019, 18:41
Rusiyada illik inflyasiya 2 dəfə artıb

2018-ci ildə Rusiyada orta illik inflyasiya 4,3% təşkil edib.

“Report” bu barədə Rusiya Federal Statistika Xidmətinə istinadən xəbər verir.

2018-ci ildə ərzaq məhsulları 4,7%, qeyri-ərzaq isə 4,1% bahalaşıb. Həmçinin statsitikaya əsasən, 2018-ci ilin dekabr ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri noyabr ayı ilə müqayisədə 0,8% artıb.

Qeyd edək ki, 2017-ci ildə isə illik inflyasiya 2,5% olub. 2017-ci ilin dekabr ayında aylıq inflyasiya isə 0,4% təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol