Menu

Türkiyə parlamentinin buraxılmasının - 4 Sirri

15.08.2014, 11:54
Türkiyə parlamentinin buraxılmasının - 4 Sirri

Türkiyə Böyük Millət Məclisinin buraxılmasının 4 gizli səbəbi açıqlanıb.

Publika.az türk mediasına istinadən xəbər verir ki, avqustun 28-ə qədər TBMM işində fasilə olacaq. Bunun səbəbləri aşağıdakılardır.

1. Əhməd Davudoğlu haqqında sorğu.

2. Müxalifətin Ərdoğanın statusuna etirazları.

3. AKP kulislərində “qırılma” narahatlığı.

4. Abdulla Gülün hələ də əlində olan veto hüququ.

Belə ki, kulislərdə Davudoğlunun Baş nazir olması müzakirə olunur.

Onunla bağlı şənbə günü sorğu keçiriləcək. Düşüncələr var ki, AKP üzvləri buna etiraz olaraq sorğuya qatılmasın. Bu isə həm Davudoğlunu pis vəziyyət sala bilər, həm də partiyada çatların yaranmasına səıbəb ola bilər.

Ərdoğanın statusuna gəlincə, onun prezident seçilməsinin ardından müxalifətin Baş nazirlik statusunun düşdüyünü iddialarının irəli sürməsidir. Tətil qərarı bunun qarşısını almaq məqsədi daşıyır.

AKP-də çatların da baş verməsi gözlənilir. Belə ki, millət vəkilləri TBMM-nin kulislərində bir araya gələrək fərqli mövqedən çıış etməsi ehtimalı var.

Ehtimallardan biri də Gülün veto qərarından istifadə edib yeni konstitusiyaya qarşı çıxmasıdır. Tətil qərarı ilə onun bu hüququndan istifadə etməsinin qarşısı alındı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol