Menu

Bakıda minik və yük maşınları toqquşub - 2 nəfər ölüb

13.01.2019, 19:09
Bakıda minik və yük maşınları toqquşub - 2 nəfər ölüb

Bakı şəhərinin Qaradağ rayonunda “Daewoo” markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub.

“Report” FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1957-ci il təvəllüdlü Qəniyev İsrail Əvəz oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.

Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

Daha əvvəl Lənkəranda təkəri partlayan maşın qəza törədib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol