Menu

Erməni nazir Bakıda ölən diversantdan danışdı

15.08.2014, 14:28
Erməni nazir Bakıda ölən diversantdan danışdı

Erməni nazir Petrosyanın meyidini zorla alacaqlarını bildirib

Ermənistan müdafiə naziri Seyran Ohanyan Azərbaycan əsirliyində ölən erməni diversant Karen Petrosyanın meyidindən danışıb.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, müdafiə naziri Beynəlxalq Qızıl Xaç Komitəsilə ilə meyidin qaytarılmasına dair əməkdaşlıq etdiklərini açıqlayıb. O, bildirib ki, meyidi ya dəyişəcəklər, ya da zorla alacaqlar.

Qeyd edək ki, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilmişdi.

Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol