"Nikoil Bank" ASC 31 dekabr 2018-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
"Finans.az" açıqlanan hesabata istinadən xəbər verir ki, bankın ötən ilin dördüncü rübü üzrə cəmi aktivləri 417 mln. 40 min 180 manat olub. Bu isə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 4,64% azdır.
"Nikoil Bank"ın kredit portfeli 1 il ərzində 2,86% və ya 8 mln. 333 min manat azaraq 282 mln. 713 min 50 manat təşkil edib. Bir rüb ərzində isə bank tərəfindən müştərilərə verilən kreditlərdə 3,6% azalma qeydə alınıb.
DEPOZİT PORTFELİ AZALIB
Sözügedən dövrə "Nikoil Bank"ın depozit portfelinin həcmi 228 mln. 666 min 50 manat təşkil edib. Bu isə 2017-ci ilin dördüncü rübü ilə müqayisədə 0,24% azdır. Bankın cəmi öhdəlikləri isə 1 il ərzində 11 mln. manata yaxın azalaraq 351 mln. 367 min 580 manata düşüb.
KAPİTALI AZALIB
1 il ərzində bankın kapitalı da azalıb. Belə ki, 2017-ci ilin son rübü ilə müqayisədə 2018-ci ildə bankın cəmi kapitalı 12,4% azalaraq 65 mln. 672 min 600 manata düşüb.
135 mln. manat zərər açıqladı
2018-ci ilin yanvar-dekabr aylarında bankın cəmi əməliyyat mənfəəti 36 mln. 955 min 320 manat təşkil edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 172 mln. 155 min 960 manat ayırırıb və beləliklə də, mənfəətdən vergi ödəməyən "Nikoil Bank"ın xalis zərəri 135 mln. 200 min 640 manata çatıb.
Qeyd edək ki, ötən ilin üçüncü rübündə 79 mln. 901 min manat zərərdə olan bankın xalis zərərindəki bu artım aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaların artımı ilə bağlı olub. Belə ki, bank rüb ərzində ehtiyata ayırmalarını 64 mln. manatdan çox artırıb. Bu da bankın riskli aktivlərinin artımından xəbər verir.


Şərhlər