Menu

Azərbaycan yeni hərbi təyyarə alır

15.08.2014, 16:00
Azərbaycan yeni hərbi təyyarə alır

Azərbaycan A-400M "Atlas" hərbi nəqliyyat təyyarəsinin alınması imkanlarını nəzərdən keçirir.

Bu barədə APA-ya hərbi mənbələrdən xəbər verilib.

Azərbaycan tərəfi bu təyyarənin təqdimatında iştirak edib və imkanlarını bəyənib. Hazırda mövcud potensialın qiymətləndirilməsi və satınalma imkanları dəyərləndirilir.

"Airbus Military" şirkəti tərəfindən istehsal edilən "Atlas" təyyarəsi 4 ədəd turboprop mühərrikə sahibdir.

Təyyarənin heyəti 3-4 nəfər (2 pilot), uzunluğu 43,8 metr, qanad açıqlığı 42,4 metr, maksimum qalxma ağırlığı 141 ton, sürəti 780 km/saat təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol