Menu

“Azərişığ”ın iki vəzifəli şəxsi işdən çıxarılıb

15.01.2019, 13:21
“Azərişığ”ın iki vəzifəli şəxsi işdən çıxarılıb

“Azərişıq” ASC-nin Nərimanov rayonu üzrə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Həsən Həsənov, eləcə də bu rayonun elektrik şəbəkəsinin rəisi Səməd Mustafayev vəzifələrindən kənarlaşdırılıblar.

“Report”un əldə etdiyi məlumata görə, buna səbəb onların vəzifə səlahiyyətlərini yerinə yetirdikləri zaman yol verdikləri nöqsanlardır.

İşdən çıxarılan H.Həsənovun S.Mustafayevin yerinə, yəni aşağı vəzifəyə təyin edildiyi bildirilir.

"Report" bununla bağlı "Azərişığ"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlamağa cəhd etsə də, o, telefona cavab verməyib.

Şərhlər

vızz 2019-01-15 13:21:44

Onlar yəqin ki, dəvə saxlayanın qohumları idi!!...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol