Menu

Nigeriyada “Boko Haram”ın işğal etdiyi şəhər azad olunub

15.01.2019, 21:31
Nigeriyada “Boko Haram”ın işğal etdiyi şəhər azad olunub

Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno ştatında radikal “Boko Haram” hərəkatının dəstələri tərəfindən işğal olunmuş Rann şəhərini azad edib.

“Report” “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ordudakı mənbə məlumat verib.

Bildirilib ki, şəhər yanvarın 14-ü gününün ikinci yarısında üç saatlıq döyüşdən sonra işğal olunsa da, bu gün hərbçilər şəhərə nəzarəti ələ keçiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol