Menu

ABŞ-la Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək

16.01.2019, 11:56
ABŞ-la Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək

ABŞ-la Cənubi Koreya “Başlıca qərar” (“Key resolve”) adı altında birgə komanda-qərargah təlimləri keçirəcək.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Martın 4-də başlayacaq təlimlər iki həftə davam edəcək. Hazırda tərəflər hərbi tədbirin detallarını müzakirə edirlər.

Cənubi Koreya Şimali Koreyanın tənqidlərinə tuş gəlməmək üçün təlimin “19-1” adlandırılmasını nəzərdən keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol