2018-ci il ərzində Azərbaycanda proqnozdan 500 mln. kubmetr çox olmaqla 30,422 mlrd. kubmetr qaz hasil edilib. “Report” bu barədə Energetika Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlərə dair hesabata istinadən xəbər verir.
Ötən il ölkədə qaz hasilatının həcmi 2017-ci illə müqayisədə 1 824,1 mln. kubmetr və yaxud 6,4% çoxdur.
Qaz hasilatının 6,547 mlrd. kubmetri SOCAR-ın, 12,506 mlrd. kubmetri Azəri-Çıraq-Günəşlinin (AÇG), 11,369 mlrd. kubmetri “Şahdəniz”in payına düşüb.
Ötən il SOCAR üzrə qaz hasilatının həcmi 2017-ci ildən 457,9 mln. kubmetr və ya 7,5% çoxdur.
2018-ci ildə AÇG-dən qaz hasilatının həcmi isə əvvəlki illə müqayisədə 165,3 mln. kubmetr və yaxud 1,3% artıb. “Şahdəniz” yatağından isə qaz hasilatı göstəricisi 2017-ci ildən 1 200,9 mln. kubmetr və yaxud 11,8% çox olub.


Şərhlər
Bu xəbər şəxsən məni heç maraqlandırmırn bizə nə? Yox əgər yazsaydılar ki 1700m kub limit olub 2000m kub maraqlı olardı.Az politika bu millətə heç bir dəxli olmayan bnu niyə verirsini?z
Rekord 30 mlrd kub m. qazın hasilaтından çox, onun oтürülməsi maraq dogurur? Hasilaт hansı məbləgə(kapiтala) başa gəlir və Azərbaуcana hansı qazancı buraxır? Qazancın qədəm qoуmuş 2019un qaz hədəfinə уonəlməsi olkənin ədaləт haqqı deуilmi?