Menu

Rəsulzadənin barelyefini oğurlayan şəxs tutulub

17.01.2019, 17:15
Rəsulzadənin barelyefini oğurlayan şəxs tutulub

Azərbaycanın görkəmli dövlət xadimi, cumhurriyyətimizin qurucu liderindən olan Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən barelyefini oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Novxanı bələdiyyəsindən verilən məlumata görə, bu, həmin qəsəbədə yaşayan Emin Məmmədov adlı şəxsdir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "AzPolitika.info"ya verilən məlumata görə, yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evindən  Rayon Polis İdarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış M.Ə.Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib.

Polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və zəruri araşdırmalar aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqlərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Abşeron RPİ-də araşdırmalar davam etdirilir.

Şərhlər

miri 2019-01-17 17:15:12

Ay bitərəf. Sənin kimilər üçün verilən mübadilələr haramın olsun. Belələrinə ən ağır cəzanı vermək lazımdır. Bir büt üstünə üç söz üçün iki gənci 7-10 il məhbus həyatı yaşamağa məcbur edənlər, kormusunuz, karmisiniz?Bu milli şərəf məsələsidir. Bu məsələdə heç bir güzəşt ola bilməz!

Millet 2019-01-17 17:15:12

Ağır cəza vermək lazimdir ..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol