Menu

AVROPA PARLAMENTİ AZƏRBAYCAN ƏLEYHİNƏ SƏRT QƏTNAMƏ QƏBUL ETDİ – Nazirlər sanksiya ilə hədələndi, siyasi məhbuslara azadlıq tələb edildi...

17.01.2019, 19:48
AVROPA PARLAMENTİ AZƏRBAYCAN ƏLEYHİNƏ SƏRT QƏTNAMƏ QƏBUL ETDİ – Nazirlər sanksiya ilə hədələndi, siyasi məhbuslara azadlıq tələb edildi...

Bu gün Avropa Parlamenti “Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə” təklifinin müzakirəsini keçirərərk, qəbul edib.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki,qətnamədə Azərbaycan hökuməti blogger Mehman Hüseynovu dərhal, qeyd-şərtsiz azad etməyə, ona yeni ittihama xitam verilməsinə çağırılır.

Həmçinin, Azərbaycanda fərqli düşüncə üzərinə hücumların dayandırılması və siyasi məhbus sayılan bütün şəxslərin dərhal, qeyd-şərtsiz azad olması istənilir.

Qətnamənin müzakirəsi zamanı Avropa Parlamentinin deputatları Azərbaycan hökumətini korrupsiya, insan haqları, Avropa İnsan Haqları Konvensiyası üzrə öhdəliklərə əməl edilməməsi ilə bağlı tənqid ediblər.

Parlamentin Böyük Britaniyadan olan deputatı Culi Uord hətta Azərbaycan nazirlərinə sanksiyalar tətbiq etməklə bağlı fikir səsləndirib: «Avropa Birliyi Azərbaycana dair mövqeyini daha da gücləndirməlidir. Bu ölkədə vətəndaş cəmiyyətinə hədsiz düşmənçilik mühiti var, bəzi ictimai təşkilatlar bağlanıb. Müstəqil səslər ya həbs olunur, ya da mühacirətə məcbur edilir… Hörmətli yüksəksəviyyəli nümayəndə, Azərbaycandakı təcili durum sizin Azərbaycan hökumətini Mehman Hüseynovu dərhal və qeyd-şərtsiz azad etməyə çağıran bir bəyanat verməyinizi zəruri edir. Avropa Birliyi hər hansı iqtisadi əlaqələrin olmasından asılı olmayaraq, insan haqları ilə bağlı öhdəlikləri pozan dövlətləri öz adları ilə çağırmalı və qınamalıdır. Mən həmçinin, Avropa Birliyini (AB), üzv ölkələri səsləyirəm ki, indiyədək hədəf seçilməyən prezident və onun nazirlərinə sanksiyalar tətbiq etsinlər».

Ticarət üzrə Avropa komissarı Sesiliya Malmström isə çıxışında deyib ki, Brüssel M. Hüseynovun işi üzrə Bakı ilə daimi dialoq aparır və fevralın 5-də məsləhətləşmələr Bakıda davam etdiriləcək: «Azərbaycanla siyasi dialoq zamanı qanunun aliliyi, insan haqlarına hörmət və fundamental azadlıq məsələləri prioritet olub. Hazırda Azərbaycan və AB arasında müzakirə edilən yeni razılaşmada da demokratik islahatlar, qanunun aliliyi, effektiv idarəetmə, insan haqlarına hörmət məsələləri yer alacaq. Biz inanırıq ki, yalnız dialoq vasitəsilə bu məsələlər müzakirə və həll edilə bilər. Yalnız bu yolla, qarşılıqlı şəkildə etibar və əlaqələrlə Azərbaycanda bu dəyərlərin qorunmasına nail ola bilərik».

Müzakirədən sonra böyük səs çoxluğu ilə qəbul olunan qətnamədə AB və Azərbaycan arasında Yeni Sazişin mühümlüyü bir daha vurğulanır. Lakin qeyd olunur ki, demokratik islahatlar, qanunun aliliyi, yaxşı idarəetmə, insan haqlarına və təməl azadlıqlara ehtiram göstərilməsi Yeni Sazişin özəyini təşkil etməlidir.

Xatırladaq ki, qətnamə 533 səs lehinə, 28 əleyhinə, 36 nəfər bitərəf olmaqla qəbul edilib.

Azərbaycanda iqtidar partiyasının səlahiyyətli nümayəndəsi isə tövsiyə edib ki, Avropa Parlamentinin deputatları “özlərini öz səlahiyyətləri çərçivəsində” aparsınlar. “Bilmək istəyirəm, Avropa Parlamentinin deputatlarına müstəqil bir ölkənin hakimiyyət orqanlarından kiminsə dərhal azadlığa buraxılmasını tələb etmək hüququ varmı? Əgər belə bir hüquq varsa, qoy göstərsinlər, biz də ona əməl edək. Yox, yoxdursa, onda mən istərdim ki, Avropa Parlamentinin deputatları özlərini öz səlahiyyətləri çərçivəsində aparsınlar”, – YAP təmsilçisi Aydın Mirzəzadə deyib.

Şərhlər

SƏFA ya 2019-01-17 19:48:31

Başa düşmürsən sə başa salım.Avropa parlamenti bizi dəvət etməyib biz özümüz yalvarıb ildə N qədər üzv haqqı verib ora qəbul olunmağımızı
xahış etmişik.Onlar da şərt qoyublar ki bu şərtlərlə sizi qəbul edirik.İqtidar da müxalifət də razılaşıb Bir sözlə yalvarıb onlarla razılaşıb qəbul olunmuşuq.Qəbul olan andan 1001 fırıldaqla şərtləri pozuruq.Çalışırıq kürü və başqa şeylərlə rüşvət verib onlar deyəni etməyək və bütün Avropanın işini pozaq onlar da deyirlər ki ya bizim kimi ol ya çıx sən də qanmırsan bun

Vapshe 2019-01-17 19:48:31

Sefa sen niye gedib turkiyede istemisen?:))

Səfa 2019-01-17 19:48:31

Bu avropoxlar özlərini hakim kimi aparırlar. Siz haranin zir-zibillərisiz ki, müstəqil bir dövlətin qarşısında tələb qoyursunuz?

Vasif 2019-01-17 19:48:31

Cahandar.qardaş. cox.düz.deyir.bu. qetname.xalqlıq. deyil.birbaşa. iktitara.aiddi. xalq.bu. qetnameni.alqışlayır.

Cahandar 2019-01-17 19:48:31

Men.bütün.yeni.xezer. spes.lider.real.ictimayet. atv.arb.ve.başqa.iktitar. yönümlü. metbuata. xeberdarlıq.ediremki. odurki.bu. qetnameni. azerbaycan.xalqına.yöneltmeyin.

murad 2019-01-17 19:48:31

Çox utancverici bir xeberdir.Adam lap xəcalət çəkir.İndi bütün deputatlarımız başlayacaq bu ikili standartlardir.Bəsdirin qurtarın bu oyunbaz işlərinizi Çəkilin kənara özünüzə ətrafdan baxın görün nə qədər çirkli nə qədər üfunətli görünürsünüz.Nə işin yiyesidir bu MEHMAN nə edib SİZƏ? çəkib göstərib rüşvətxorluqdan yazib.Əgər soqan yeməmisinizsə içiniz niyə göynəyir.İndidə yazıqın başına yeni oyun açırsınız işini artirirsiniz nə bilim hansısa peysəri türmədə döyüb.Ömrü boyu siqaret çəkməyən narkotiknən yati

Bashirov Qarib 2019-01-17 19:48:31

Qətnamə Azərbaycana qarşı yox iqtidara qarşıdır.

Adəm 2019-01-17 19:48:31

Sevinmirəm! Çox pis. Ancaq bu ölkədə hökm sürən məmur ədalətsizliyinin nəticəsidir. Məmurların harınıığının,rüşvətin,korrupsiyanın,milli sərvətin misli görünməmiş talan edilməsinin, israfçılığın, inhisarçılığın, regiyonçuluğun, məmurların millətə xalqa yuxarıdan aşağı baxmağın, xalqla hesablaşmamağın, və sair mənfi halların nəticəsidir. Düz söz deyəni də erməni ya radikal damğası vurub cavan uşaqları tutub türməyə basamaq həyatını almaq heç Allaha da xoş getməz. Sizin övladlarınız yoxdurmu. Var hamısı milyonluq maşınlarda villalarda xaricdə kefdədirlər.Hər bir insanın, hər bir məxluqun,hətda təbii hadisənin də sonu var. Öna görə də insanların çörəyini pulunu talan edib sonra da cəzalandırmaq olmaz. İnsan gərək nə qəqər varlı haram pullu da olsa zalım olmasın, insanlığı o böyük ALLAHI yaddan çıxarmasın...İnsan həyatı o qədər qısadır hamı öləcək. Dünya malı dünyada qalacaq, haram isə yadlara qismət olacaq. İndi də olmasa bu gedişatın sonu həm xalq həm də harın talançı məmurlar üçün yaxşı görünmür... Ondan sonra çəmurlkların milyardlarının xeyri olmayacaq ... . Fikirləşmək lazımdır

Seyid 2019-01-17 19:48:31

Qətnamə barəsində saytların əksəriyyəti bir kəlmə belə yazmadı.Əvəzində Uqandada,Zimbavedə nə bilim daha haralardan isti-isti xəbərlər. Beləliklə özləridə bilmədən Azərbaycanda törədilən haqsızlıqlara susmaqla, bunlara şərik olmalarını bir daha sübut etmiş oldular. Bu məsələdən sonra Qarabağ haqqında gəl danış görüm nə danışırsan.Bəlkə bir az yavaşıyaq...

Hasan 2019-01-17 19:48:31

Çox teesüf edirem ki, "çox hörmetli" deputat Aydın Mirzezade hele de bilmir ki, insan hüquq ve azadlıqları heç bir dövletin daxili işi ola bilmez. Odur ki, Avroparlamentin qebul etdiyi qerar tam reallığı eks etdirir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol