Kolumbiyada partlayış törədilib. Bu barədə "Report" EFE agentiyinə istinadən xəbər verir.
Bildirilir ki, hadisə paytaxtda törədilib. Avtomobilin partladılması nəticəsində azı 8 nəfər həlak olub.
İlkin məlumata görə, hadisə Boqotadakı Polis Akademiyasının yaxınlığında törədilib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər cəlb edilib.
Yaralıların sayı dəqiqləşdirilir.
Daha əvvəl Kolumbiya narkotik satıcılarının 4 təyyarəsi Venesuelada vurulub.


Şərhlər