Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər ixracı azalıb.
“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2018-ci ildə Azərbaycandan 16 milyon 249 min dollar dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub. 2017-ci ildə ixrac olunmuş spirtli və spirtsiz içkilər və sirkənin dəyəri 21 milyon 923 min ABŞ dolları təşkil etmişdi. Beləliklə ixrac təxminən 26% azalıb.
2018-ci ildə Azərbaycana 85 milyon 633 min dollarlıq alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal olunub. Bu, 2017-ci illə müqayisədə 28,2% çoxdur. Belə ki, 2017-ci ildə Azərbaycana 66 milyon 813 min dollarlıq alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal olunmuşdu.


Şərhlər