Menu

Azərbaycan nefti cüzi ucuzlaşıb

18.01.2019, 23:55
Azərbaycan nefti cüzi ucuzlaşıb

 

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 17-də 62,61 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,14 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,11 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 58,12 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,84 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 59,85 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,08 dollar/barel azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol