Menu

Azərbaycanlının maşınından 9 milyon apardılar

16.08.2014, 11:44
Azərbaycanlının maşınından 9 milyon apardılar

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlının avtomobilinə basqın edilib.Məlumata görə, hadisə dünən saat 16:00-da baş verib.

Çaqinskaya küçəsində Bakıdan gələn avtomobilə hücum olunub. Sürücü görüb ki, onun idarə etdiyi maşının yanında “Nissan” markalı avtomobil dayanıb. Maşın dan 4 nəfər düşüb. Onlar sürücünü maşından düşürüblər və onu tapança ilə qorxudublar. Azərbaycanlının maşınını əziblər. Avtomobildə olan 9 milyon rubl (təqribən 300 min dollar) pul götürülüb.

Daha sonra onlar maşına minərək naməlum istiqamətə gediblər.

Faktla bağlı araşdırma aparılır. /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol