Menu

Teymur Rəcəbov heç-heçə edib, Şəhriyar Məmmədyarov isə məğlub olub

21.01.2019, 00:08
Teymur Rəcəbov heç-heçə edib, Şəhriyar Məmmədyarov isə məğlub olub

“Tata Steel Masters-2019” turnirində şahmatçılarımız daha bir turu başa vurublar.Növbəti partiyada azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Hindistan şahmatçısı Vişvanatan Ananda məğlub olub, Teymur Rəcəbov isə hollandiyalı Yorden Van Forestlə heç-heçə edib.

Qeyd edək ki, dünya üçüncüsü olan şahmatçımız Ş.Məmmədyarov 8 turun altısını heç-heçə başa vurub, ikisindən məğlub ayrılıb. Digər təmsilçimiz T.Rəcəbov isə 1 oyunda qalib gəlib, qalan partiyaları heç-heçə başa vurub.

Səkkizinci turun oyunları davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol