Menu

Abbas Bağırov köməkçisini həbs etdirdi

23.01.2019, 20:44
Abbas Bağırov köməkçisini həbs etdirdi

Tanınmış müğənni Abbas Bağırovun köməkçisi işləmiş Mehrəliyev Orxan Bayram oğlu həbs edilib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, O.Mehrəliyev külli miqdarda dələduzluqda təqsirli bilinir.

Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Abbas Bağırovun özüdür. Belə ki, Orxan Mehrəliyev müğənninin etibarından sui-istifadə edərək, ona məxsus Yasamal Rayonun Şahbazi küçəsində yerləşən dəyəri 35 min manat olan torpaq sahəsini ələ keçirib.

Bundan sonra A.Bağırov köməkçisi barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, dələduzluq faktı üzrə dörd nəfər zərərçəkmiş şəxs var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol