Menu

Azərbaycanda bu il mobil operatorlar 868,5 milyon manat gəlir əldə edib

24.01.2019, 09:29
Azərbaycanda bu il mobil operatorlar 868,5 milyon manat gəlir əldə edib

2018-ci il ərzində informasiya və rabitə müəssisələri 1 milyard 881,2 milyon manatlıq xidmət göstərib ki, onun da 72,6 faizi əhali tərəfindən istehlak olunub.

Trend-in məlumatına görə, 2017-ci illə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,3 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,0 faizi qeyri-dövlət sektorunun payına düşmüb.

Xidmətlərdən əldə edilən gəlirin 46,2 faizi və ya 868,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Şərhlər

yengibar 2019-01-24 09:29:33

Mobil operatorlar monopol mövqelərindən istifadə edərək istehlakçıları soymaqla məşğuldur.15-20 il əvvəl qoyduqları investisiyaları 50 qatına götürməklərinə baxmayaraq qiymətlər dünyada ən yüksək səviyyədə qalır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol