Menu

Ukrayna Rusiya yardımını qəbul etdi

17.08.2014, 08:49
Ukrayna Rusiya yardımını qəbul etdi

Ukrayna Rusiyanın humanitar yardım karvanını BQX cəmiyyətinin himayədarlığı altında qəbul edib

Ukraynanın Sosial siyasən naziri Lyudmila Denisova Beynəlxalq Qızıl Xaç cəmiyyətinin yükünün qəbul olunması barədə əmr imzalayıb.

Nazirliyin saytında yayılan xəbərdə bildirilir ki, “Ukraynanın Humanitar Yardım barədə qanununun 4 və 5-ci bəndinə uyğun olaraq, Ukrayna prezidenti P.Poroşenkonun Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin himayədarlığı altında, Beynəlxalq Humanitar missiyanın qəbul edilməsinə göstərdiyi səyləri də nəzərə alaraq, əlavəyə uyğun humanitar yardım yükünü qəbul edin”.

Nazirlik 16 avqustda RF, Belarus və Moldovanın Beynəlxalq Qızıl Xaç cəmiyyətlərinin birgə göndərdiyi humanitar yardım mallarının sadalandığı məktuba əsaslanaraq bildirilir ki, 1856,3 ton maldan ibarət humanitar yükün qəbuledicisi Ukrayna Qızıl Xaç cəmiyyətidir. "Yük Beynəlxalq Qızıl Xaç cəmiyyəti tərəfindən Ukraynaya Donetsk məntəqəsindən keçəcək" - deyə məktubda qeyd edilir.  /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol