ABŞ İrana qarşı sanksiyalarını genişləndirib.
“Report” “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
"Qara siyahı"ya İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələrinə görə “Qeshm Fars Air” hava yolları şirkəti və ona məxsus “Boeing 747” tipli iki təyyarə düşüb.
Bundan əlavə, Ermənistanın “Flight Travel” şirkəti də adı "qara siyahı"da olan İranın “Mahan Air” hava yolları şirkəti ilə əməkdaşlıq etdiyinə görə “ikinci dərəcəli” sanksiyaya məruz qalıb.


Şərhlər
DAPUTAT Elman Nəsirov:"Oxay dincəl ay podles canım.Bununla da ermənistan dagıldı, daşı daş üstündə qaılmaz.Biz də əyilə-əyilə, dombala-dombala gedib boş qalmış Yerevanı alacayıq." Hap-gop informasiya agentliyinə istinad edilmişdir.