Menu

Ermənistanda partiya sədrinin müavini həbsxanada ölüb

26.01.2019, 16:21
Ermənistanda partiya sədrinin müavini həbsxanada ölüb

Erməni qartalları: Vahid Ermənistan Partiyası sədrinin müavini Mqer Yeqizaryan yanvarın 26-da Yerevanda “Nubaraşen” həbsxanasındakı kamerada ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onun səhhəti pisləşib, həkim çağırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbi araşdırılır.

Mqer Yeqizaryan “dələduzluq” maddəsi ilə mühakimə olunub.

O həm də haynews.am saytının məsul nümayəndəsi imiş. Yeqizarya Ermənistan vətəndaşlarının, eləcə də hərbçilərin müxtəlif problemlərini həll etmək adı ilə onları aldadaraq iri məbləğdə pul alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol