Menu

KİV: İŞİD-in 40 rəhbəri ABŞ-ın köməyi ilə həbsxanadan qaçırılıb

27.01.2019, 19:45
KİV: İŞİD-in 40 rəhbəri ABŞ-ın köməyi ilə həbsxanadan qaçırılıb

İŞİD terror qruplaşmasının 40 rəhbəri ABŞ hərbçilərinin köməyi ilə "Taliban"ın Əfqanıstandakı həbsxanasından qaçırılıb.

Bu barədə "Report" "Tasnim" agentliyinə istinadla xəbər verir. Agentliyin mənbəyə istinadən yaydığı xəbərdə bildirilir ki, hadisə ölkənin cənub-qərbində baş verib. Məlumata görə, əməliyyat iki həftə əvvəl keçirilib.

Daha əvvəl bildirilirdi ki, ABŞ və "Taliban" xarici qoşunların Əfqanıstandan çıxarılması ilə bağlı layihəni razılaşdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol