Abşeron rayonunun Novxanı qəsəbəsi bələdiyyəsinin sədri Şahin Tağıyev görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin barelyefi ilə bağlı iradlara münasibət bildirib.
O, “Report”a açıqlamasında bu məsələnin mübahisəli olduğunu qeyd edib: "Yeni barelyef hazırlanarkən bir neçə nəfərlə məsləhətləşmişik. Bir neçə mənbədən dəqiqləşmə apardım, hərə bir söz dedi. Biri dedi ki, “Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu”, digəri isə “Azərbaycan Demokratik Cümhurriyyətinin qurucusu” ifadəsi olmalıdır dedi. Başqa bir nəfər də dedi ki, “Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri” ifadəsi daha doğrudur. Ona görə də bu mövzu mübahisəlidir. Məhəmməd Əmin Rəsulzadəni tanımayan insan yoxdur. Hamı bilir ki, bu şəxs kimdir... Mübahisələrə son qoymaq üçün barelyefdə yalnız “Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur” ifadəsi yazıldı. Əlavə nəsə yazılsaydı, yenə mübahisə yaranacaqdı. Rəsulzadənin çox titulu var, onun hamısını barelyefə sığdırmaq olmaz axı...”.
Ş.Tağıyev deyib ki, Məhəmməd Əmin Rəsulzadə ilə bağlı məlumat əvvəlki barelyefdə də səhv olub: “Oğurlanan barelyefdə də yanlış yazılmışdı. Həmin barelyefdə “Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının yaradıcısı” qeyd olunmuşdu. Belə deyil axı. Guya əvvəl gəlib baxmışdılar ki, yalnış və ya doğru yazılıb? Bəlkə oğurlanmasaydı, müzakirə olunmayacaqdı... O barelyef AXC-Müsavat cütlüyü hakimiyyətdə olarkən qoyulmuşdu”.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi (DİN) Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən barelyefinin oğurlanması ilə bağlı məlumat yayıb. Bildirilib ki, yanvarın 15-də Abşeron rayon, Novxanı kəndində yerləşən körpələr evindən rayon polis idarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış M.Ə.Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib.
Hadisə yerinə baxış keçirilib və zəruri araşdırmalar aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb.
Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqlərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Novxanı bələdiyyəsi barelyefi yenidən hazırlayıb. Barelyefdə “Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının banisi Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə yaşamışdır” ifadə yazılıb. Yanlışlıqlar olduğu üçün Novxanı bələdiyyəsi tənqid olunub, buna görə də bələdiyyə barelyefi götürməli olub.
[gallery size="full" columns="2" ids="485818,485819"]


Şərhlər
ALLAH O KIWINI REHMET ELESIN,KIM KIMDI HAMI BILIR.XALQIMIZIN LAYIQLI OQLUDU
Nə yazırsınız yazın, canınız cəhənnəmə. Onun adı və heykəli könüllərdədir. Qranit heykəlləri də inşallah bir gün ən yüksək zirvələrdə öz yerini alacaq.
Cənab bələdiyyə sədri Şahin Tağıyev, barelyef ilk dəfə oğurlanan zaman mediyada çıxdı ki, onu bələdiyə özü çıxartdırıb.Sonradan aşkar oldu ki oğurlanıb və doğranılaraq metal qəbulu məntəqələrində satıblar.Cənab sədr bu yanlış məlumata görə, məni baxışlayın sizin səmimiliyinizə inanmaq çətindir.İkincisi Bakıda hansı bir şəxsin barelyefində onun kim olduğu barədə məlumat yazılmayıb və yalnız doğum tarixi yazılıb? Yazırsız ki Rəsulzadəni tanımayan insan yoxdur.Yəqin ki bilirsiz ki barelyefin qoyulması həm həmin şəxsə olan hörmət, həm də həmin şəxsiyyəti tanımayan qonaqlar və gələcək nəsil üçün nəzərdə tutulur.
Guya indi barelyefi duz tetbiq edibler?O boyda boyuk insanin ne ucun adini ne ucun Mehemmed yazmisiz?Axund Haci Molla Elekber oz ogluna Memmed adini qoymuwdur.Sizse qondarma da duzelderek Mehemmed yazmisiz.Buda duz deyil.Dahi insana bele laqeyid yanawma duz deyil
Üçüncüsü ən azından siz internet ensiklopediyası olan vikipediyadan M.Ə.Rəsulzadə haqqında məlumat ala bilərdiniz: “Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; d. 31 yanvar 1884, Bakı – ö. 6 mart 1955, Ankara) — Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur”.
Vikipediyadan Rus imperiyası tərəfindən M.Ə.Rəsulzadəyə, onun ailə üzvlərinə, yaxın qohumlarına çəkdirilən əzab və istirablarını oxuyarkən göz yaşlarına sahib olmaq çətin olur.Axı insan və onun ailəsi dövlətçilik, azərbaycançılıq ideyalarına görə bu qədər əzablara, qəribliyə necə dözə bilərdi?Halbuki Rəsulzadənin Stalinlə yaxşı münasibətləri olub və indi bir çoxları kimi o da əqidəsini dəyişərək kommunistləşə bilərdi.Fikirimcə M.Ə.Rəsulzadə heç də Atatürkdən kiçik şəxsiyyət olmayıb.Atatürkü o səviyyəyə qaldıran türk xalqıdır.Lakin indi bizim müstəqil dövlətimiz olduğu halda təəssüf ki M.Ə.Rəsulzadə xidmətlərinə görə Atatürk kimi layiqli yerini ala bilməmişdir.Bildiyimə görə onun canı da Azərbaycan deyərək çıxıb.Çox böyük ümid edirəm ki M.Ə.Rəsulzadə gələcəkdə Azərbaycan tarixində öz layiqli yerini alacaq.