Menu

İranda bir tondan çox narkotik müsadirə olundu

28.01.2019, 21:58
İranda bir tondan çox narkotik müsadirə olundu

İranın Buşehr şəhərində polis narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan dəstəni zərərsizləşdirib.

Polisin həyata keçirdiyi əməliyyat nəticəsində gəmi ilə ölkə ərazisinə bir tondan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Şəhər polis idarəsinin rəisi Xəlil Vaezi jurnalistlərə bildirib ki, qaçaqmalçılar narkotik vasitələri dəniz vasitəsilə İrana, buradan isə Avropaya daşımaq istəyirdilər. Onun sözlərinə görə, müsadirə edilən narkotik vasitələrin 640 kiloqramı tiryək, 120 kiloqramı həşiş, 300 kiloqramı isə heroindən ibarətdir.

Narkotiklər qadınların baş örtüyü üçün nəzərdə tutulmuş paketə yerləşdirilib ki, şübhə oyatmasın. Lakin polis aldığı operativ məlumat əsasında paketləri yoxlayıb və narkotikləri aşkar edib.

AzərTAc xatırlayır ki, Buşehr Fars körfəzi sahilində liman şəhərdir. Bu liman cənub-şərqi Asiya ölkələri ilə İran arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol