«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO-nun Baş katibi Yens Stoltenberq belə bir fikir səsləndirib ki, Şimali Atlantika alyansı Rusiyanın hava-hücumundan müdafiə (HHM) sistemi potensialını dağıtmaq gücündədir.
Onun sözlərinə görə, beşinci nəsil F-22 və F-35 qırıcıları Rusiya üçün «təhlükə» ola bilər, o cümlədən, az gözəçarpan qabaqcıl texnologiyaların hesabına («Washington Examiner»).
Nəşr qeyd edir ki, rəqibin qarşısını almaq üçün alyans «girişin qadağan olunduğu zona» konsepsiyasından (F2/AD) istifadə edir. Bu arada Moskva raket əleyhinə müdafiə (RƏM) üzrə qabaqcıl sistemlərə (S-400 və S-400 «Triumf» zenit-raket kompleksləri) malikdir.
Stoltenberq əlavə edib ki, hələlik Rusiyanın NATO ölkələri ərazisinə real «soxulmaq təhlükəsi» yoxdur. Eyni zamanda o, diqqəti Rusiyanın hərbi sahəyə nəhəng investisiyalar cəlb etdiyinə, ölkə hakimiyyətinin «aqressiv ritorikası»na və hərbi təlimlərin sayının artmasına yönəldib.


Şərhlər