Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Trend-in məlumatına görə, yanvarın 28-də qızılın qiyməti yanvarın 25-i ilə müqayisədə 35,819 manat artaraq 1 unsiya üçün 2215,304 manat təşkil edib.
Gümüş 0,7537 manat bahalaşaraq 1 unsiya üçün 26,8524 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 24,905 manat artaraq 1392,8525 manat, palladiumun qiyməti isə 70,8475 manat artaraq 2318,035 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.


Şərhlər