Menu

ABŞ-n 3 kəşfiyyatçı-təyyarəsi Rusiya sərhədinə yaxınlaşıb 

29.01.2019, 20:25
ABŞ-n 3 kəşfiyyatçı-təyyarəsi Rusiya sərhədinə yaxınlaşıb 

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın bəzi bölgələrində Amerika Birləşmiş Ştatlarının (ABŞ) kəşfiyyatçı təyyarələrinin sərhədə yaxınlaşdığı qeydə alınıb. Bu barədə «PlaneRadar» saytı xəbər verir.

Polşanın hava məkanında, Kalininqrad vlayəti yaxınlığında "Boeinq RC-135V" strateji təyyarəsi peyda olub. Təyyarə Britaniyanın «Mildenholl» bazasından havaya qalxıb.

Elə həmin gün ABŞ HHQ-ə məxsus qayıq əleyhinə "P-8A Paseydon" təyyarəsi Baltika üzərində uçuş həyata keçirib və Rusiyanın Su-27 təyyarəsi tərəfindən «tutulub».

Bundan başqa, Leninqrad və Pskov vilayətlərinin sərhədləri boyunca "RQ-4B Global Hawk" təyyarəsi uçub. O, Sisiliyadakı Siqonella bazasından qalxıb və Litvanın hava məkanında olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol