Menu

Gədəbəydə orta yaşlı kişini cərəyan vuraraq öldürüb

29.01.2019, 21:39
Gədəbəydə orta yaşlı kişini cərəyan vuraraq öldürüb

Gədəbəy şəhərində cərəyanvurma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü yerli sakin Mehdiyev Mehdi İsmayıl oğlu yük avtomobilinin üzərindəki yükü düzəldən zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik xəttinə toxunub.

Nəticədə M.Mehdiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol