Menu

Avropa Birliyi viza rüsumlarını bahalaşdırır

30.01.2019, 11:11
Avropa Birliyi viza rüsumlarını bahalaşdırır

Avropa Birliyi viza rüsumlarının qiymətini artıracaq.

“Finans.az” xarici mediaya istinadən xəbər verir ki, Avropa Parlamenti AB viza müraciəti haqlarının yenilənməsi ilə bağlı AŞ ilə danışıqlarda razılıq əldə edib.

Razılaşmaya görə, 100-dən çox ölkənin vətəndaşlarından AB ölkələrinə viza müraciəti ilə bağlı tələb etdikləri 60 avro 80 avroya yüksəldilir. Artırılmış rüsum tələbələrə, tədqiqatçılara və 12 yaşdan kiçik uşaqlara aid deyil.

İncəsənət nümayəndələri, peşəkar idmançılar və tez-tez səyahət edənlər üçün çoxsaylı giriş vizası verilməsinə şərait yaradılacaq.

Əldə olunmuş razılığın ratifikasiyası üçün AP və AB Şurasının rəsmi təsdiqi lazımdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol