Menu

Venesuela Ali Məhkəməsi Quaydonun hesablarını blokladı - Ölkədən çıxışına qadağa da qoydu

30.01.2019, 20:11
Venesuela Ali Məhkəməsi Quaydonun hesablarını blokladı - Ölkədən çıxışına qadağa da qoydu

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuelanın Ali Məhkəməsi müxalifət lideri, özünü ölkənin müvəqqəti prezidenti elan etmiş Xuan Quaydonun ölkədən çıxmasına qadağa qoyub. Bu barədə Venesuelanın dövlət televiziyası xəbər yayıb.

Bundan başqa, məhkəmənin qərarı ilə Quaydonun hesabları və əmlakla bağlı istənilən tranzaksiyası bloklanıb.

Buna baxmayaraq, məhkəmə onun deputat toxunulmazlığını götürmək barədə qərar qəbul etməyib.

Xatırladaq ki, Xuan Quaydo ötən həftə özünü ölkənin müvəqqəti prezidenti elan edib. Amerika Birləşmiş Ştatları (ABŞ) və bir sıra digər dövlətlər onun legitimliyini tanıyıblar.

Venesuelanın fəaliyyətdə olan prezidenti Nikolas Maduro isə Quaydonun hərəkətlərini qanundankənar elan edib.

Şərhlər

Türk 2019-01-30 20:11:30

Bu satqını tezliklə həbs etmək lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol