Menu

«Kuril adaları əzəli Yaponiya ərazisidir» - Sindzo Abe

30.01.2019, 21:05
«Kuril adaları əzəli Yaponiya ərazisidir» - Sindzo Abe

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiyanın Baş naziri Sindzo Abe bəyan edib ki, Yaponiya cənubi Kuril adalarını həmişə özünün əzəli ərazisi hesab edib.

Baş nazir qeyd edib ki, 1956-cı il sovet-yapon bəyannaməsi özünün hüquqi qüvvəsini saxlayır. Onun sözlərinə görə, bu, yeganə sənəddir ki, hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilib və nəzərdə tutur ki, «onun imzalanmasından sonra Xabomai sırası və Şikotan alaları Yaponiyaya veriləcək».

Xatırladaq ki, Rusiya və Yaponiya arasında hələ də İkinci dünya müharibəsinin yekunlarına görə, sülh müqaviləsi imzalanmayıb. Tokio İturup, Kunaşir, Şikotan və yaşayış olmayan Xabomai xırda adalar sırasına iddia edir.

22 yanvar 2019-cu ildə Rusiya prezidenti Vladimir Putin və Yaponiyanın Baş naziri Sindxo Abe arasında növbəti danışıq olub. Putin bəyan edib ki, Moskva 1956-cı il bəyannaməsi əsasında sülh müqaviləsinin imzalanmasına sadiqliyini təsdiqləyir. O, dəqiqləşirib ki, müqavilənin şərtləri Rusiya və Yaponiya xalqları üçün məqbul olmalı və iki ölkə ictimaiyyəti tərəfindən dəstəklənməlidir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, ölkəsi Kuril adalarında yaşayan rusiyalıların maraqarına ziyan vuracaq heç bir sülh müqaviləsi imzalamayacaq.

Şərhlər

Türk 2019-01-30 21:05:38

Nə olsun ki,Krım da əzəli türk torpaqlarıdır.Yaponiya müharibədə məğlub olub Kurili SSRİ-yə verib.Daha tullanıb-düşməyin yeri yoxdur.O ki,qaldı 1956-cı il bəyəmnaməsinə onu gedin Xuruşovla danışın.Yəqin mənasını başa düşən olar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol