Menu

Daha bir tanınmış şəxsdə xərçəng tapıldı

31.01.2019, 10:50
Daha bir tanınmış şəxsdə xərçəng tapıldı

Aparıcı Tahirə Məmmədqızı ağır xəstəlikdən əziyyət çəkir.

Medicina.az xəbər verir ki, o, sosial şəbəkədə məlumat yayıb. Aparıcı bildirib ki, bədənində şiş tapılıb və bu səbəbdən əməliyyat olunacaq: "10 günə ağır əməliyyata gedirəm. Allah bütün bəndələrinə kömək olsun. Adətən xəstəlik bir sınaq sayılır. Deyəsən bu sınaqdan bir dəfə də keçməli olacağam. Yaxın günlərdə onkoloji xəstəliklə əlaqədar ağır əməliyyat keçirməli olacağam".

Qeyd edək ki, Azərbaycanda son bir neçə ildə xərçəngə tutulanlar arasında tanınmış şəxslər də kifayət qədərdir. Onlar arasında "toppuş bacı" kimi tanınan Tünzalə Əliyeva, aparıcılar Zümrüd Qasımova, Ceyran Nəriman, jurnalist Nigar İsmayılqızı da var.

Şərhlər

G M 2019-01-31 10:50:42

Hacı nuranda da Xərçəng var idi.Başını qırxdılar.Sonra da dua oxudular çıxıb getdi.şou biznesdə olanların xərçəngini dua oxumaqla müalicə etmək olur.Hacı Nuran buna canlı misaldır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol