Menu

Restoranlar brend adı ilə  saxta içkilər alır - AQTA sədrindən açıqlama

31.01.2019, 12:44
Restoranlar brend adı ilə  saxta içkilər alır - AQTA sədrindən açıqlama

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ictimai iaşə müəssisələri sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib.

"Report" xəbər verir ki, o, ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında insanların kütləvi şəkildə qidalandığı belə yerlərdə sahibkarları daha diqqətli olmağa çağırıb.

Q.Təhməzli bildirib ki, qeyri-qanuni məşğulluq məsələsi əsas problemdir: "Həmin yerlərdə çalışan insanların tibbi müayinədən keçirilməsi bizim məqsədimizdir. Bir çox hallarda insanlar arasında xəstəliyin yayılması həmin ictimai iaşə obyektlərində çalışanların tibbi müayinədən keçmədən qida məhsullarının hazırlanması nəticəsində meydana çıxır".

AQTA sədri deyib ki, bu istiqamətdə mövcud olan problemlərin aradan qaldırılması üçün müvafiq qurumlarla birgə tədbirlər həyata keçirilir: "Bir çox hallarda təsadüfi şəxslər şadlıq evlərində xidmətçi (ofisiant) qismində qeyri-qanuni şəkildə işə götürülür və bu da insanların sağlamlığı üçün ciddi təhlükədir. Ona görə də həmin şəxslər mütləq şəkildə tibbi müayinədən keçməlidirlər. Araşdırmalarımız nəticəsində həm də kustar şəkildə hazırlanan spirtli içkilərin bahalı şüşələrə yığılıb istehlakçı şirkətə baha qiymətə satıldığı məlum olur. Həmin içkilər də ictimai iaşə müəssisələrinə satılaraq insanların sağlamlığına zərər vurur".

Şərhlər

TARİX 2019-01-31 12:44:05

QOŞQAR MÜƏLLİM YAXŞI OLAR Kİ,OBA MAQAZALARINDA SATILAN MALLARIN KEYFİYYƏTİNİ YOXLAYASINIZ.QİDA MALLARINI,XÜSUSƏN BELARUSİYA YAĞI ADI ALTINDA İNSNLARIMIZA SIRANAN MƏNŞƏYİ BİLİNMƏYƏN ZƏHƏRİ.

Vətəndaş 2019-01-31 12:44:05

AQTA sanki yenilik tapıb.Belə hallar 30 ildən çoxdur var və davam edir. Bunu hamı bilir.Saxta içkilər təkcə restoranlarda yox, elə marketlərdə və digər mağazalarda satılır.Siz bir agentlik olaraq bu keçən illərdə nəyə nail ola bildiyiniz məlum deyil.Bu agentlik təkcə gecikmiş faktları aşkar etmək üçwnmü yaradılıb&y, yoxsa qarşısını aımaq üçün?
Çox ehtimal kimi Siz bu işkiləri hazırlayan məntəqələri də bilməmiş olmazsınız və bilmirsinizsə də onları açkar edib,qarşısını almaq iqtidarında olmalısınızAncaq...?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol