Menu

Bakıda park yanır

18.08.2014, 13:53
Bakıda park yanır

Bir neçə iri ağac tamamilə yanıb

Bakının Sabunçu rayonu ərazisində yerləşən parklardan birində yanğın başlayıb. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, metronun "Neftçilər" stansiyasından Bakıxanov qəsəbəsinə gedən yolun kənarında, Sabunçu rayon İcra Hakimiyyəti və doğum evinin yaxınlığındakı parkda ağaclar yanmağa başlayıb. Xeyli ağacı bürüyən yanğını söndürmək üçün 3 yanğınsöndürən maşın hadisə yerinə cəlb edilib.

Sabunçu rayon Yanğından Mühafizə Hissəsindən Lent.az-a bildirilib ki, alov 60 kvadrat metr sahəni əhatə edir və yanğının söndürülməsi üçün tədbirlər görülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol