Avropa Parlamenti Avropa İttifaqı ölkələrinə özünü Venesuela Prezidenti elan etmiş müxalifət lideri Xuan Quaydonun qanuni rəhbər kimi tanınması ilə bağlı çağırış bəyannaməsini qəbul edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, 439 nəfər sənədin lehinə, 104-ü isə əleyhinə səs verib, 88 nəfər neytral qalıb.
"Qərar qəbul olundu. Elan edirəm ki, Avropa Parlamenti Quayondonu Venesuelanın qanuni Prezidenti kimi tanıdı. Avropa Parlamenti bunu edən ilk Avropa institutu oldu", - deyə iclasda Avropa Parlamentinin sədri Antonio Tayani bildirib.
Xatırladaq ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo yanvarın 23-də Karakasda mitinq zamanı özünü Prezident elan edib.


Şərhlər
Budurmu Avropa dəyərləri,demokratiya.Bir ABŞ nökərini ABŞ-ın tapşırığı ilə ölkə prezidenti kimi tanıyan Aİ hansı demokratiyadan danışa bilər.Pis-yaxşı seçki kecşirilib və Venesuela xalqı Maduroya səs verib.Hətta inaqurasiya mərasimi keçirilib və Maduro ölkə prezidenti kimi and içib.Buna baxmayaraq Özünü dümokratik ölkələrin ittifaqı sayan Aİ qeyri-demokratik bir təşkilat olduğunu ortaya qoyaraq imperialist ABŞ-ın çağrışı ilə bir ölkənin daxili işinə qarışır.
BRAVO ,XUAN.QARDAWIMIZ MADURA KIMI LAPUXLUQ ELEME...PUTINEDE BEL BAQLAMA,KOHNE K Q B EWNIKDI,ATACAQ...ETRAFIN SENI ALLATMASIN,XALQA GUVEN,CAQO UQO CANI