Menu

"Xəzər dənizi daha çox tullantı suları ilə çirklənir" - Nazirlik

01.02.2019, 15:32
"Xəzər dənizi daha çox tullantı suları ilə çirklənir" - Nazirlik

Xəzər dənizi daha çox tullantı suları ilə çirklənməyə məruz qalır.

Trend-in məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib.

O qeyd edib ki, bəzi çirkləndiricilər tullantı sularını təmizləmədən birbaşa Xəzər dənizinə atmaqda davam edirlər:

"Əslində tullantı suları təmizləyici qurğulara yönəldilməli və təmizləndikdən, zərərsizləşdirildikdən sonra dənizə axıdılmalıdır. Lakin bəzi müəssisələrdə müvafiq standartlara cavab verməyən, primitiv üsulla düzəldilmiş sistemlərdən istifadə edirlər və bunu təmizləyici qurğu adlandırırlar. Hazırda tullantı sularının təmizlənməsi üçün çox sadə və asan idarə olunan texnologiyalar, təmizləyici qurğular mövcuddur. Ölkəmizdə də bəzi müəssisələrdə bu texnologiyalardan istifadə olunur".

Şöbə müdiri deyib ki, Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün çirkləndiriciləri tez bir zamanda tullantı sularının təmizlənməsi üçün çox sadə, müasir standartlara cavab verən, quraşdırılması və idarə olunması asan olan, eyni zamanda maliyyə cəhətdən sərfəli modul və stasionar qurğular quraşdırmağa çağırırıq: "Mütəxəssislərimiz tərəfindən tullantı sularının idarə olunmasının icra prosesinə nəzarət ediləcək.

Bu gün KİV vasitəsilə çirkləndiricilərə bir daha çağırış və tövsiyə edirik ki, tezliklə bu qurğulardan quraşdırsınlar. Sonra deməsinlər ki, eşitmədik, bilmədik. Hər bir fiziki və hüquqi şəxs problemin vacibliyini və aktuallığını başa düşməli, Nazirlik tərəfindən verilən xəbərdarlığın müddəti başa çatanadək tədbir görməlidir".

Şərhlər

REDAKTOR 2019-02-01 15:32:41

Xəzər dənizini ən cox cirkləndirən dənizdən cıxarılan lay sularıdır. Bu suların tərkibində olan elə lazımsiz madələr var ki axintı hədindən dəfərlə coxdur. Amma Xəzər manitorinq susur. Niyə? Ona görə ki dənizdə heft və ya qaz hasilatı ilə məşğulolan kampaniyaların hamısı dənizə atılan cirkab suların yarışına durub. Əl əxsus isə BP. Bu kampaniyaya isə Ekalogiya və Təbii Sərvətlər naziri olmuş Huseyqulu Bağirov belə bir ekalogi posport verib ki guya Xəzər dənizi okendır. Niyə? Ona görə okeanı cox cirkəndir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol