Menu

Kosta-Rika Quaidonun diplomatik nümayəndəsini tanıyıb

02.02.2019, 09:55
Kosta-Rika Quaidonun diplomatik nümayəndəsini tanıyıb

Kosta-Rika hökuməti Venesuelanın müxalifətyönümlü parlamentinin rəhbəri Xuan Quaido tərəfindən təyin olunmuş diplomatik nümayəndəni tanıyıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kosta-Rika Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan bəyanatda bildirilir.

"Kosta-Rika hökuməti Venesuela prezidenti vəzifələrinin müvəqqəti icraçısı Xuan Quaido tərəfindən təyin edilmiş və bu gün xarici işlər naziri Manuel Ventura Roblesin qəbul etdiyi diplomatik nümayəndəni tanıyıb", - deyə məlumatda qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol