Menu

Bakıda universitetdə yanğın olub

18.08.2014, 16:34
Bakıda universitetdə yanğın olub

Bakıdakı ali təhsil müəssisəsində yanğın olub.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, yanğın Memarlıq və İnşaat Universitetinin həyətində meydana gəlib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, universitetin həyətində taxta tullantılar yanıb. Əraziyə cəlb edilən yanğınsöndürənlərin səyin nəticəsində yanğının qarşısı alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol