Menu

Poqba ABŞ klubunda

03.02.2019, 21:20
Poqba ABŞ klubunda

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın qardaşı Florentin Poqba karyerasını ABŞ-da davam etdirəcək.

Qol.az-ın xarici KİV-lərə istinadla yaydığı xəbərə görə, son klubu Türkiyənin birinci liqa təmsilçisi "Gənclərbirliyi" olan 28 yaşlı futbolçu "Atlanta Yunayted"ə keçib. Fransalı oyunçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 2018-ci ildən may ayında "Gənclərbirliyi"nə transfer olan Poqba Türkiyə klubunda heç bir rəsmi oyunda meydana çıxmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol