Menu

Gəncədə yeniyetmə qız bıçaqlanıb

04.02.2019, 23:05
Gəncədə yeniyetmə qız bıçaqlanıb

Gəncə şəhərində yeniyetmə qız bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, axşam saatlarında 2003-cü il təvəllüdlü İ.M-ova qarın boşluğundan bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. O, cərrahi əməliyyat edilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Yaxınlarının bildirdiyinə görə, İ.M-ova küçədə mübahisə zəminində bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Gəncədə ər arvadını bıçaqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol