Hadisə Səməd Vurğun və Rəşid Behbudov küçələrinin kəsişməsində baş verib
Bakının Nəsimi rayonu ərazisində yol nəqliyyat qəzası baş verib.
ANS PRESS-in verdiyi məlumata görə, hadisə Səməd Vurğun və Rəşid Behbudov küçələrinin kəsişməsində baş verib.
Şahidlər bildirir ki, qəza zamanı xəsarət alanlar olub.
Qəza yerinə BDYPİ-nin və təcili tibbi yardımın işçiləri gəlib.
Qəzanın hansı səbəbdən və kimin günahından baş verməsi səbəbləri araşdırılır.


Şərhlər