Menu

““Polonez”lərin Bakıya verilməsi Moskvanı narahat etmir"

06.02.2019, 13:43
““Polonez”lərin Bakıya verilməsi Moskvanı narahat etmir"

Belarus istehsalı “Polonez” yaylım atəşli reaktiv sisteminin Azərbaycana tədarükü Rusiyanı narahat etmir. Bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (HTƏFX) rəisi Dmitri Şuqaev deyib.

“Bəli, bu gün Azərbaycan yalnız bizimlə deyil (Rusiya ilə - İF), həm də digər tərəfdaşlarla, xüsusilə Belarus ilə əməkdaşlıq edir. Bu bizi narahat etmir (“Polonez” yaylım atəşli reaktiv sisteminin Azərbaycana tədarükü - İF): biz normal sağlam rəqabətin tərəfdarıyıq, ikincisi, hər iki ölkə MDB-yə daxildir, bu səbəbdən biz necə bunun əleyhinə ola bilərik?”, - D.Şuqayev “Kommersant” qəzetinə müsahibəsində bildirb.

O vurğulayıb ki, əgər Azərbaycan-Belarus hərbi-texniki əməkdaşlığı “sağlam düşüncə çərçivəsində həyata keçirilirsə, biz heç kəsə diktə edə bilmərik və bunu etmək fikrində deyilik”.

Xəbər verildiyi kimi, Bakı 2018-ci ilin iyun ayında Minskdən ilk partiya “Polonez” yaylım atəşli reaktiv sistemi alıb. Ötən ilin sentyabr ayında kompleksin növbəti partiyası Azərbaycana gətirilib. Belarus istehsalı yaylım atəşli reaktiv sisteminin Bakıya tədarükü Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən həyata keçirilib. /”İnterfaks-Azərbaycan”

Şərhlər

t.ədalət 2019-02-06 13:43:27

Lukaşenko "Polonez"ləri bizə satır,özü də yerevana qonaq gedir.ermənistanda da onu arzu edilən qonaq kimi dəyərləndirirlər.Bu silah Belarusun adı ilə satılan rus köhnəsi olmaya?Doğrusunu Allah bilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol