Menu

Daha bir əsgərimizi itirdik

19.08.2014, 11:58
Daha bir əsgərimizi itirdik

Məzuniyyətə gəlmiş əsgər dənizdə boğulub

Ötən gün Azərbaycanda daha bir əsgər dünyasını dəyişib. Hadisə axşam saat 20:10 radələrində Nabranda baş verib.

“Batabat” istirahət mərkəzi ərazisindəki çimərlikdə çimən 1996-cı il təvəlüldlü Əliağa Gəray oğlu Əliyev dənizdə çimərkən batıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onun meyidi batdığı yerdən təxminən 3 kilometr aralıqda tapılıb.

Qeyd edək ki, Əliağa Əliyev Quba rayon sakinidir. O, Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edirmiş. Qulluq etdiyi həqiqi hərbi xidmətdən 5 günlük məzuniyyətə gəlibmiş.

Fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi xəbəri təsdiqləyib.  /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol