Menu

"TÜRKİYƏYƏ UZANAN HƏR BİR ƏLİ QIRARIQ" - Ərdoğan + VİDEO

08.02.2019, 20:31
"TÜRKİYƏYƏ UZANAN HƏR BİR ƏLİ QIRARIQ" - Ərdoğan + VİDEO

“Vətənimizə uzanan hər bir əli qırarıq”.“Haber7” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas şəhərində keçirdiyi mitinqdə bildirib.

“Sivas əsarətə meydan oxuyan bir qərargahdır. Milli sərhədlər içində vətən bütövdür. İstiqlalımız namusumuz, şərəfimizdir. Yüz ildən sonra yenə eyni yerdən təkrar edirik - Vətənimiz, bayrağımız, istiqlalımız, namusumuz şərəfimizdir. Vətənimizə uzanan hər bir əli qırarıq. Cudidə, Afrində, Gabarda qırdıq. Yenə qırarıq. Böyük Türkiyə hədəfinə qarşı qurulan hər tələni dağıtdıq, yenə dağıdarıq. Bizə hücum etmək istəyənlərə lazım olan dərsi verdik, yenə belə edərik. İçəridən, ya da xaricdən Türkiyəyə qarşı əməliyyat aparmaq istəyənlərə lazım olan dərsi verərik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Şərhlər

Lətif 2019-02-08 20:31:23

Ərdoğan türk dünyasının lideri və indiki mürəkkəb şəaitdə qarantıdır. Allah ona və türk dilli xalqlara və bizə kömək olsun şər qüvvələrdən qurtulaq

t.ədalət 2019-02-08 20:31:23

Nə yaxşı ki sən varsan TÜRKİYƏ! Sənin adın bizə köməkdir!Bu gün biz erməni ilə qanı bulaşıqların,rus sevdalılarının qabağımıza çəkdiyi divarı SƏNİN qüdrətinlə aşırıq!İşğal altında olan torpaqlarımızı da tez və ya gec ancaq sənin köməyinlə azad edəcəyik!Tanrı səni qorusun,güvən yerimiz olan Türkiyə!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol